15 günün qəza statistikası: 37 ölü, 14 yaralı
İyul ayının 15 günündə respublikanın avtomobil yollarında 31 yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) saytında yer alan məlumatlara istinadən bildirilir ki, yol qəzalarında 37 nəfər ölüb, 14 nəfər isə xəsarət alıb.