Bakıda yenə avtobus qəzası – 3 nəfər xəstəxanaya müraciət edib

Bakıda yenə avtobus qəzası – 3 nəfər xəstəxanaya müraciət edib

Bakının Sabunçu rayonu ərazisində iki sərnişin avtobusunun toqquşması nəticəsində 3 nəfər 3 saylı şəhər Klinik Xəstəxanasına müraciət edib.

Bu barədə xəstəxanadan məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə ilə bağlı müraciət edənlərdən 2 nəfər müayinə edildikdən sonra evə buraxılıb. Hazırda digər xəsarət alan – 1992-ci il təvəllüdlü Allahverdiyeva Samirə Məhəmməd qızı xəstəxanaya qəbul edilib.

Faktla bağlı araşdırma aparılır.

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev də Trend-ə açıqlamasında faktı təsdiqləyib. Bildirib ki, təmsil etdiyi qurum hadisə barədə araşdırmalara başlayıb.

Xatırladaq ki, bu gün axşam saatlarında Bakının Sabunçu rayonu ərazisində 167 və 217 saylı xətt marşrutu üzrə hərəkət edən iki avtobus toqquşub.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*