Bakıda üç tələbənin faciəvi ölümü ilə bağlı cinayət işi başlandı

Bakıda üç tələbənin faciəvi ölümü ilə bağlı cinayət işi başlandı

Bakıda 3 əcnəbi vətəndaşın ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Bakı Şəhər Prokurorluğundan verilən məlumata görə, faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib, hadisənin başvermə səbəbləri istintaq yolu ilə araşdırılır.

Xatırladaq ki, ötən gecə Bakının Səbail rayonunda iki mərtəbəli yaşayış binasının birinci mərtəbəsindəki mənzildə baş verən yanğın zamanı həmin mənzildə tüstüdən Şri-Lanka vətəndaşları olan 3 qız zəhərlənərək ölüb.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*