Bakıda müəllim özünü 16-cı mərtəbədən ataraq intihar edib

Bakıda müəllim özünü 16-cı mərtəbədən ataraq intihar edib

Sentyabrın 16-da saat 15 radələrində paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbə sakini Naidə İsayevanın Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsində yerləşən hündürmərtəbəli binanın 16-cı mərtəbəsindən özünü ataraq intihar etməsi barədə Nərimanov rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatına görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilib, şahidlərin dairəsi müəyyənləşdirilərək dindirilib, o cümlədən digər prosessual hərəkətlər yerinə yetirilib.

Cinayət işi üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədi ilə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, N. İsayeva Bakıda yerləşən məktəblərin birində ibtidai sinif müəlliməsi olub.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*