Bakıda buzlu yollar 5 nəfərin xəsarət almasına səbəb oldu

Bakıda buzlu yollar 5 nəfərin xəsarət almasına səbəb oldu

Hava şəraiti ilə əlaqədar Bakıda təcili tibbi yardıma 5 müraciət daxil olub.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən verilən məlumata görə, müraciət edənlərin diz qapağının, sağ baldırın və sağ topuğun əzilməsi, diz oynağının çıxığı, digərində sol qolun əzilməsi müşahidə olunub.

Müraciət edən şəxslər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya edilib.

Qeyd edək ki, bu gün səhər paytaxtda qar yağması səbəbilə bəzi yollar buz bağlamışdı.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*