Prezident “Zəngilan” tankerinin istismara verilməsi mərasiminə qatılıb
![](https://azadmedia.az/uploads/posts/2024-07/1719899722_heqghv4z.png)
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 2-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib.
Bu haqda Prezidentin Mətbuat Xidməti məlumat yayıb.