Bayram günlərində milli parkları 6 875 turist ziyarət edib
Ramazan bayramı günlərində Azərbaycanın milli parklarına 6 875 turist səfər edib. Milli parklara gələnlərin əksəriyyəti yerli turistlər olsa da, ziyarətçilər arasında çoxlu sayda xarici vətəndaş da var.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib.
Onun sözlərinə görə, bayram tətili günlərində milli parklara gələn turistlərin sayında artım müşahidə olunub ki, bu da ilk növbədə ekoturizmin təbliği məqsədilə həyata keçirilən tədbirlərlə yanaşı, milli parklarda təşkil olunan xüsusi maarifləndirici proqramlarla əlaqədardır.