Rus dili müəllimi Ayşə Mirzəli: "Qısa zamanda bu qədər uğur əldə edəcəyim ağlıma gəlməzdi"

- Necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən Migəçevir şəhərində dünyaya gəlmişəm. Üç yaşımdan etibarən Rusiyanın Samara şəhərində yaşamışam. Orta təhsilimi də orada bitirmişəm. Arzum həkim olmaq olub. Amma bəzi məsələlərə görə pedaqoq oldum.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Yeddi ildir ki, bu sahədə fəaliyyət göstərirəm. Özəl kurslarda işləmisəm. Hal-hazırda isə Migəçevir şəhərində öz kursum var və orada rus-dili müəllimi kimi fəaliyyətimi davam etdirirəm.
- İş pirinsipiniz nədən ibarətdir?
- Mən çox səmimiyəm. Uşaqlarla uşaq kimi davranıram. Yaşım artsa da, hər zaman uşaq kimi qalıram. Bir sözlə, uşaqlarla mehriban davranıb, onları əyləndirmək əsas iş prinsipimdir.
- Mərkəzinizdə hansı xidmətlər mövcuddur?
-Mərkəzimizdə Azərbaycan dili, rus dili, ingilis dili, ibtidai sinif dərsləri, məktəbəqədər hazırlıq, mental arfimetika və s. tədris olunur.
- Hansı yaş qrupuna aid uşaqlarla işləyirsiniz?
- Üç yaşdan başlyaraq, yuxarı yaşa qədər olan bütün uşaqlar bizim kursa yazıla bilər.
- Üstünlüyünüz və fərqliliyiniz nədədir?
- İşimizə məsuliyyətli yanaşmağımız, eyni zamanda da uşaqları əyləndirərək öyrətməyimiz üstünlüyümüz və fərqliliyimizdir.
- Öz sahəniz üzrə hansı işləri görürsünüz?
- Mən uşaqlar arasında bir neçə dəfə intellektual yarışlar təşkil etmişəm. Bundan başqa, şagirdlər üçün master-klaslar və tədbirlər edirəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciət olur?
- Daha çox rus dili və master-klaslarla bağlı müraciətlər olur.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Bəzən valideynlər istəyirlər ki, övladları vaxtından qabaq yazıb-oxumaq öyrənsin. Amma mən bunun əleyhinəyəm. Çünki uşağın bir qavrama yaşı var.
- Xarakter olaraq necə birisiniz?
- Səmimi və pozitiv biriyəm. Düşünürəm ki, məhz buna görə də əhatəm genişdir.
- Ailəlisinizmi?
- Ailəli deyiləm. Üç övladım var.
- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, mən qısa zaman kəsiyində bu qədər uğur əldə edəcəyəm.
Əlaqə nömrəsi: (070) 834 45 44