“Nar” metroda şəbəkəsini gücləndirir
“Nar” üstün müştəri təcrübəsinin təqdim edilməsi məqsədilə metro ərazisində təkmilləşdirmə
işləri aparıb. Bunun nəticəsində Bakı metrosunda zəng və internet xidmətinin keyfiyyəti dəfələrlə
yüksəldilib.
Aparılmış təkmilləşdirmə işləri şirkətin müştəri məmnuniyyəti strategiyasının ayrılmaz
hissəsidir. “Nar”ın əsas məqsədi abunəçilərini daima diqqət mərkəzində saxlamaqla onlara
sərfəli şərtlərlə yüksək keyfiyyətli xidmətlərin təqdim edilməsidir.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir.
“Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator
müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim
edir.











