Qənirə Paşayevadan XƏBƏR VAR - Həkim AÇIQLADI

Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev millət vəkili Qənirə Paşayevanın vəziyyəti ilə bağlı açıqlama verib.
Baş həkim Trend-ə açıqlamasında bildirib ki, Qənirə Paşayevanın vəziyyəti ağırdır.
“Qənirə xanımın reanimasiya şöbəsində süni tənəffüs aparatına bağlı müalicəsi davam edir”, - deyə K.Musayev qeyd edib.