Emil Rəhmanov dünyasını dəyişdi
Əməkdar artist Rəhman Rəhmanın müğənni oğlu Emil Rəhmanov vəfat edib.
E. Rəhmanov bu gün səhər saatlarında 44 yaşında dünyasını dəyişib.
Xatırladaq ki, E. Rəhmanov uzun müddət narkotik asılılığından əziyyət çəkib, həbs həyatı yaşayıb. İlk evliliyindən bir övladı var. İkinci həyat yoldaşı isə müğənni Sabrina olub.
R. Rəhmanın digər oğlu isə 2004-cü ildə 27 yaşında faciəvi şəkildə vəfat edib.











