Qusarda istirahət mərkəzində 5 nəfər zəhərləndi - Araşdırma başladı

Qusar rayonunda yerləşən istirahət mərkəzlərindən birində 5 nəfər zəhərlənib.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, Qusar rayonunda istirahət mərkəzində baş verən hadisənin səbəbləri, həmçinin, qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA-nın mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Vurğulanıb ki, araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək.
Qeyd edək ki, hadisənin Qusar rayonunun Caqar kəndində, "Park Qusar" istirahət mərkəzinin ərazisində baş verdiyinə dair məlumatlar yayılıb.