Azərbaycan Ukraynaya minatəmizləmə texnikası verəcək

Azərbaycan Ukraynaya minatəmizləmə üçün 1 ədəd maşın göndərəcək.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildiriblər.
Qeyd edək ki, 2022-ci ildə Azərbaycan Ukraynaya 17,6 milyon dollardan çox humanitar yardım göstərib. 17 iyul 2023-cü il tarixli sərəncama əsasən, Ukraynaya humanitar yardım göstərmək məqsədilə Azərbaycan tərəfindən Ukraynanın Energetika Nazirliyinə elektrik avadanlığının satın alınması və göndərilməsi üçün 7,6 milyon dollar ayrılıb.