Məleykə Abbaszadə istefaya göndərilir? - DİM-dən AÇIQLAMA

Bir sıra yerli KİV-lərdə Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadənin yaxın vaxtlarda istefaya göndəriləcəyi ilə bağlı məlumatlar dərc olunur. DİM sədri ilə bağlı qərarın sentyabrın ilk ongünlüyündə elan olunacağı bildirilir.
Məsələ ilə Dövlət İmtahan Mərkəzindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, hazırda bununla bağlı məlumat yoxdur.
"Bizdə belə bir məlumat yoxdur. Bu məsələlər Azərbaycan Respublikası Prezidentinin səlahiyyət dairəsinə aiddir", - deyə bildirilib.
Qeyd edək ki, DİM-də vəzifə dəyişikliyinə səbəb olaraq, bu il keçirilən buraxılış və birinci blok imtahanlarından sonra şikayətlərin kütləvi xarakter alması göstərilir.