Birləşmiş Krallıq Azərbaycanda minatəmizləmə sahəsinə əlavə maliyyə yardımı ayırıb

Böyük Britaniya hökuməti Azərbaycanda minalarla mübarizəni dəstəkləmək üçün əlavə 500 min funt-sterlinq ayırıb.
Bu barədə Birləşmiş Krallığın Azərbaycandakı səfiri Ferqus Auld "Twitter" hesabında qeyd edib.
"Bu vəsait Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı İnkişaf Proqramı çərçivəsində minatəmizləmə sahəsində Azərbaycanın potensialının yaradılmasına və Böyük Qayıdışın təhlükəsizliyinin təmin edilməsinə yönəldilib”, - deyə səfir bildirib.