Sabah rayonlarda temperatur yenidən yüksələcək

İyulun 19-da Bakıda və Abşeron yarımadasında yağmursuz olacaq. Cənub küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 17-22° isti, gündüz 27-32° isti olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 17-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.