TASS agentliyinə yeni baş direktor təyin olunub

Rusiya Federasiyasının Baş naziri Mixail Mişustin Sergey Mixaylovun Rusiyanın TASS informasiya agentliyinin baş direktoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, agentliyin yeni rəhbəri vəzifəsinə əvvəllər Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun birinci müavini vəzifəsində çalışmış Andrey Kondraşov təyin edilib.