Son 30 ildə Azərbaycanda təxminən 3350 nəfər minaların qurbanı olub - BQXK

Azərbaycanda son 30 ildə təxminən 3350 nəfər minaların qurbanı olub.
Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin(BQXK) "Facebook" səhifəsində qeyd edilib.
Qeyd edilib ki, BQXK Azərbaycan Qızıl Aypara Cəmiyyəti , ANAMA və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili - Ombudsman Aparatı ilə birlikdə mina qurbanlarına dəstəyin artırılmasına və beynəlxalq mina təmizləmə standartlarının təşviqinə diqqət yetirir.