Qəzalı evlərin aqibəti necə olacaq? - Nazir açıqladı

Qəzalı evlərin bərpası ilə bağlı xüsusi proqram hazırlanıb.
Bunu bu gün maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, ötən həftə Baş nazir Əli Əsədovun sədrliyi ilə bu məsələyə həsr olunmuş müşavirə keçirilib. “Yaxın zamanlarda bu istiqamətdə əməli addımlar atılacaq", - deyə nazir bildirib.