Səhiyyə naziri ilə ÜST-nin Baş direktoru arasında görüş keçirilib

Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri, səhiyyə naziri Teymur Musayevlə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus arasında görüş keçirilib.
Nazirlikdən verilən məlumata görə, görüşün əvvəlində Azərbaycan nümayəndə heyətinin rəhbəri Ümümdünya Səhiyyə Təşkilatının 75 illik yubileyi münasibətilə ÜST-nin Baş direktorunu təbrik etdi.
Teymur Musayev bu il Azərbaycanda 100 illik yubileyi qeyd edilən xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkəmizin ÜST-lə uğurlu və sıx əməkdaşlığının əsasını qoyduğunu qeyd etdi. Həmçinin Prezident İlham Əliyevin nüfuzlu səhiyyə təşkilatı ilə münasibətlərin daha da inkişafına böyük önəm verdiyi vurğulandı.