Bakı-Şamaxı yolundakı dəhşətli qəzada ölən və yaralananların adları məlum oldu

Bakı-Şamaxı yolunda baş verən qəzada ölən və yaralananların adları məlum olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, bu gün səhər saatlarında Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində “KIA” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1990-ci il təvəllüdlü Məhərrəm Səmədov, 2000-ci il təvəllüdlü Əmrah Nuriyev, 1997-ci il təvəllüdlü Şəbnəm Səmədov, 2006-ci il təvəllüdlü Səmayə Talıbova və bir azyaşlı vəfat edib. Xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.