Azərbaycanda səs verən Türkiyə vətəndaşlarının bülletenləri YSK-ya təhvil verildi
Azərbaycanda səs verən Türkiyə vətəndaşlarının bülletenləri Türkiyəyə göndərilib.
Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı "Twitter" hesabında bildirib.
“Bakıdan yola çıxan, millətin iradəsini əks etdirən bülletenlər bizim YSK-ya çatdırıldı. Ölkəmizə, millətimizə, gələcəyimizə xeyirli olmasını arzu edirik”, - deyə paylaşımda qeyd edilib.
Xatırladaq ki, Türkiyədə Prezident və parlament seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Türkiyə Ali Seçki Şurası (YSK) tərəfindən Türkiyə Prezidenti və AK Partiyanın rəhbəri Rəcəb Tayyib Ərdoğanın, Memleket Partiyasının rəhbəri və 2018-ci ildə Cumhuriyyet Xalq Partiyasının rəhbər namizədi Muharrem İncenin, Ata İttifaqının namizədi Sinan Oğanın və Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.











