Türkiyədə zəlzələ bölgəsində 80 ölkədən axtarış-xilasetmə heyəti çalışır

Türkiyədə fevralın 6-da baş verən və ölkə tarixinə “əsrin faciəsi” kimi keçən fəlakətlə əlaqədar indiyədək 100 ölkə rəsmi Ankaraya yardım təklifi edib.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, hazırda zəlzələ bölgəsində 80 ölkədən axtarış-xilasetmə qrupları çalışır. Ərazidə olan əcnəbi xilasedicilərin sayı isə 9 315 nəfərdir.
Daha 4 ölkədən heyət göndərilməsi gözlənilir. Ümumilikdə isə Türkiyəyə 542 əcnəbi xilasedicinin gəlməsi nəzərdə tutulub.