Daha bir ölkədə Türkiyədəki zəlzələ qurbanları ilə bağlı matəm elan edildi: Bayraqlar endirildi - YENİLƏNİB

Albaniyada fevralın 13-ü milli matəm günü elan edilib.
Bu barədə Albaniya Baş naziri Edi Rama sosial media hesabında paylaşım edib.
“Albaniya hökuməti Türkiyə-Suriya sərhədində baş vermiş güclü zəlzələ qurbanlarının xatirəsi üçün fevralın 13-nün milli matəm günü elan edilməsi ilə bağlı qərar verib. Bir müddət əvvəl bənzər bir fəlakət Albaniyada baş verdiyi zaman yanımızda olan dostumuz Türkiyə ilə həmrəyik”, - deyə o qeyd edib.
10:00
Şimali Makedoniya hökuməti Türkiyədə və Suriyada baş verən zəlzələlərlə əlaqədar fevralın 13-də ölkədə bir günlük matəm elan edib.
Bu qərar barədə Şimali Makedoniyanın Baş naziri Dimitar Kovaçevski sosial media hesabında açıqlama verib.
“Türkiyə və Suriyanın sərhəd bölgəsində baş verən dağıdıcı zəlzələlərdə həyatını itirənlərin xatirəsinə matəm günü elan etdik. Şimali Makedoniya vətəndaşlarının duaları zəlzələdə həyatını itirənlərin yaxınları və ailələri ilədir”, - deyə Kovaçevski qeyd edib.
Baş nazir zəlzələlərdə yaxınlarını itirənlərə başsağlığı verib.
“Dövlət və millət olaraq yardım etməyə, həmrəylik içində olmağa, zəlzələdən zərər çəkmiş və hər şeyini itirmiş insanlara dəstək olmağa davam edəcəyik”, - deyə o bildirib.
Hökumətin verdiyi açıqlamada vurğulanıb ki, ölkə daxilində və Şimali Makedoniyanın xaricdəki diplomatik nümayəndəliklərində bayraqlar yarıya qədər endirilib.
Mənbə: Haber Global