Türkiyədə yardım adı ilə saxta hesablar açılıb (VİDEO)

Google axtarış sisteminə zəlzələ yardımı yazdıqda ilk sıralara çıxan feyk internet saytı peyda olub.
Bunu "Instagram"da "AYYILDIZ TİM" paylaşıb.
Məlumata görə, linkə daxil olduqda random yazılmış sayta keçilir.
Saytda Türkiyədə zəlzələdən zərər çəkənlərə "AFAD" adına açılmış saxta sayt ünvanı göstərilir və ianə edərkən bank kartlarındakı pullar mənimsənilir.
Bu tip dələduzluqdan necə qorunmaq olar?
Şifrənizi və fərdi məlumatlarınızı (şəxsiyyət vəsiqənizi, bank kartının nömrələrini, bank hesablarınızı və.s) başqaları ilə bölüşməyin!