Dərman probleminin həlli üçün qanun layihəsi hazırlanır

Azərbaycana gətirilən dərmanların gömrükdən keçirilməsində müəyyən problemlər yaranır.
Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Komitə sədri problemin həlli üçün yeni qanun layihəsinin hazırlandığını diqqətə çatdırıb.
“Bu barədə bizim müvafiq qurumlarla görüşlərimiz olub. Bu sahədə problemin həll olunması ilə bağlı qanun layihəsi hazırlanır. Ümid edirəm ki, bu, problemin həlli üçün müəyyən rol oynayacaq”.