“Bakı Metropoliteni” maşinistin ölümü ilə bağlı açıqlama yayıb

“Bakı Metropoliteni” QSC maşinistin qatar idarə edərkən ölməsilə bağlı məlumat yayıb.
QSC-dən daxil olan məlumata görə, maşinist köməkçisinin dispetçerə məlumatı əsasında dərhal təcili tibbi yardım dəvət edilib.
Aidiyyəti strukturlara və maşinistin ailəsinə məlumat verilib: "Metropolitenin gecə iş rejimi ilə bağlı hər hansısa problem yaşanmayıb. Hazırda məsələ ilə bağlı aidiyyəti strukturlar müvafiq iş aparır".