İrandakı zəlzələ Naxçıvanda hiss olunub - YENİLƏNİB

İranda zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 09:55-də Naxçıvan stansiyasından 80 km cənub-qərbdə, İran ərazisində qeydə alınıb. Zəlzələ Naxçıvan MR-də 3 bala qədər hiss olunub.
Zəlzələnin maqnitudası 4.5, dərinliyi isə 7 km olub.