Son iki gündə Bakıda 50 yol qəzası olub

Son iki gündə kəskin hava şəraiti ilə əlaqədar Bakıda 50 yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.
Onun sözlərinə görə, paytaxtda ötən gün 35, bu gün səhər saatlarına qədər isə 15 yol qəzası olub. Hadisə nəticəsində ölüm halı baş verməsə də, avtomobillərə ziyan dəyib.