Siyəzəndə iki polis zabiti dəm qazından boğularaq ölüb

Siyəzən rayonunda iki polis zabiti dəm qazından boğularaq ölüb.
DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, araşdırmalarla yanvarın 8-dən 9-na keçən gecə Siyəzən RPŞ-nin əməkdaşları, polis leytenantları - 35 yaşlı Elmir Əsgərov, 36 yaşlı Faiq İsgəndərovun kirayə yaşadıqları mənzildə dəm qazından boğularaq vəfat etmələri məlum olub.
FHN: Partlayış zamanı sonuncu mərtəbədəki bütün mənzillər dağılıb, pilləkən qəfəslərində çatlar əmələ gəlib
"Həmkarlarımızın vəfatından dərin təəssüf hissi keçirir, hər iki mərhumun ailəsinə başsağlığı veririk, səbr diləyirik", DİN-in məlumatında deyilir.