Əməkhaqqı artımı üçün 440 milyon manat ayrılacaq

Minimum əməkhaqqının artırılması üçün 440 milyon manata yaxın vəsait ayrılması nəzərdə tutulur.
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib.
O qeyd edib ki, minimum əməkhaqqı məbləği artırılacaq şəxslərin 440-450 minini dövlət sektorunda çalışanlar təşkil edir.
Nazir müavini bildirib ki, yeni sərəncama əsasən, minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər artırılacaq:
"Bununla bağlı Nazirlər Kabineti təkliflərini on gün müddətində hazırlayaraq dövlət başçısına təqdim edəcək. Beləliklə, minimum aylıq pensiyanın məbləği də 16,7 faiz artırılaraq 240 manatdan 280 manata çatdırılacaq. Bu artım 100 minədək pensiyaçını əhatə edəcək".