XATİRƏYƏ DÖNƏN ÖMÜR
Biz altı qardaş –bacı ailə qurub ayrı-ayrı yaşasaq da elə bu günün özünə qədər davam edib gələn bir ənənəmiz var.Həmişə ,hər an bir-birimizlə sıx təmasda oluruq.Lazım olan diqqət və qayğı göstəririk.Bakıya gəldiyimiz ilk gündən hamımızın bir istəyi var idi ki,məcburi qaçqınlıq,köçkünlük bizi çox üzməsin:
O mənim sirdaşım,o mənim dostum,
Anadan yadigar qalandır bacı .
Bacımın dərdini öz dərdi bilib,
Hər gecə xəyala dalandır bacı.
Doğrudan da bacı sənin hər dərdinə yanandır.Biz anamızın qoxusunu bacıdan alırdıq - Cəmilə Qafarovadan.
İsmayıl Əbdüləli oğlu ilə Gülnaz Xudamədəd qızının nigahından dünyaya gələn altı uşaqdan (Bayram,Eldar,Vilayət,Cəmilə,Ceyran,Azər) dördüncüsü idi.
Cəmilə Qafarova 1962-ci il iyul ayının 24-də Qərbi Azərbaycanın Vedibasar mahalının Xalisa kəndində ziyalı ailəsində anadan olmuşdur.Atası İsmayıl Qafarov uzun müddət Xalisa kənd orta məktəbində müəllim,sonra isə direktor müavini vəzifəsində çalışmışdır.Anası Gülnaz Xudamədəd qızı isə kolxoz təsərrüfatında çalışmışdır.
Cəmilə xanım 1980-ci il noyabr ayında həmkəndlisi Ağayev Niyazi Şiralı oğlu ilə ailə qurub. Bu sədaqətli ,mehriban cütlüyə Allahımız 59 illik məzmunlu ailə həyatı,başucalığı gətirən övladlar qismət edir.Xəyalə,Aygün,Səxavət və Aysel.Allah tala Cəmiləyə yeddi nəvə də qismət edir.Xəyal,Aysu,Murad,Arzu ,Raul,Mələk və Rahim.
Cəmilə xanım soydaşlarımız kimi 1988-ci ildən Bakı şəhərində məskunlaşır.2018-ci ildə xəstələnir.Çoxlu müalicələr alır lakin xəstəlik güc gəlir.Hər dəfə də halını xəbər olanda nikbinliklə deyərdi ki,mən lap yazşıyam.Mən bir şeyə qəti əminəm ki,o,Haqq dünyasına gedəndə də özünün nurlu təbəssümü yerində olub.Çünki xəstəliyin şiddət elədiyi vaxtlarda da həmişə gümrahlığı,nikbinliyi ilə qarşımıza çıxırdı.Cəmilənin ailəyə məhəbbəti,dosta-qardaşa hörmət və ehtiramla dolu ürəyi 2021-ci il fevral ayının 27-də əbədi dayandı.
Bu xəbir hər birimizi ürəkdən ağrıtdı.Ən çox təsirlənənlər isə təbii ki doğmaları ,əzizləri oldu.
Ceyran xanım,bacısı:
Haqqın dərgahına qovuşdu bacım.Heş bir zaman ağrı -acını büruzə verməzdi.Böyüklərlə böyük,uşaqlarla uşaq olardı.Yaxşılıq edib və heç bir zaman qarşılıq gözləməzdi.Hər zaman deyərdi :”Dünya malı dünyada qalacaq bacım çalış ki ,xoş əməllərlə dünyada qalasan”. Nur içində yat bacım.Sən hər zaman bizim qəlbimizdə yaşayacaqsan.
Xəyalə xanım,qızı:
Anam bir ömür yaşadı.Qazandığı hörmət öz əməyinin məhsuludur.Təmiz qəlbi vardı.Anam övladlarını yerbəyer etmək üçün hər şeyi edib.Canım anam heç kəs gedişinlə barışmır.Bilirəm cənnətdəsən.Elə bir ananın övladı olduğum üçün fəxr edirəm.
Aygün xanım,qızı:
Cənnət mələyim,hamının sevimlisi bu neçə gündə hamının ürəyindən qara qanlar axır.Anaların anası mənim anam.Sənin kimi bir ananın övladı olmaqdan qürur duymuşam və duyacağam.Yerin cənnət olsun.Hər zaman ürəklərdə yaşayacaqsan.
Aysel xanım,qızı:
Mehriban,qayğıkeş anam yoxluğuna inanmıram.Hər yerdə gözüm səni axtarır.Həyatımın günəşi,gözlərimin nuru gedişinlə dünyanı qaraltdın.Sənsizlik ürəyimizi deşir.
Səxavər,oğlu:
Anamın yoxluğu ən çox məni incidir.Anam mənim əziyyətimi lap çox çəkib.Ömrümün sonunadək nə qədər çalışsam da ,anamın əvəzini qaytara bilmərəm.Əziz anam ,sənin adın və səsin aləmdə əbədi qalacaq.Yerin cənnət olsun ,ana !
Məzarının qarşısında durmuşuq
Həsrətindən saralmışıq ,solmuşuq
Görmürsənmi boynu bükük qalmışıq?
Niyə bizə sarılmırsan ay ana ?
Ah naləmizi ana necə duymusan?
Bizi niyə gözü yaşlı qoymusan?
Necə belə şirin-şirin yatmısan?
Balaların gəlib,oyanmırsan ay ana !
İnsan ömrü dünyada zamanın ,gərdişin nəzərində nədir ki ... Bir an kimi onun uzunluğunu,vaxtını Allahdan başqa kimsə bilməz.Bir də,hamı bu dünyanın pəncərəsindən baxıb köç edir və edəcək.Sən də bu dünyanın pəncərəsindən boylanıb getdin.Adın ,əməllərin ürəklərə yazıldı.Deyirəm,bu dünyada bir Cəmilə bacım vardı.Dedim ki,adını yad,ruhunu şad eləyim.Elə bu məqsədlə qələm götürdüm,ürəyimdən keçənləri dilə gətirdim.Allah sənə rəhmət eləsin,ruhun şad olsun.
Eldar Qafarov