Zəfərdən həmişə danışılacaq
2020-ci ilin 8 noyabrı Zəfər Günü kimi tarixləşdi. Azərbaycanın ərazilərinin işğaldan azad edilməsi ilə nəticələnən Vətən müharibəsi təsdiqlədi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan güclü dövlətdir, onun güclü ordusu vardır. Bu güc həm də xalqın gücüdür...
Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri uğurla həyata keçirilməkdədir. Xalq erməniliyi məğlub edən azərbaycançılığın quruculuq işlərini də uğurla başa çatdıracağına əmindir. Xalq ona da əmindir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daha nurlu sabahları təmin ediləcəkdir.
Vətən müharibəsində qazanılan Zəfər həm də Azərbaycanın nüfuzunu yüksəltdi.
Orta məktəblərdə tədris ili başa çatacaq. Vətənpərvərlik duyğularını daha da yüksəltmək məqsədi ilə yay tətilində yuxarı sinif şagirdlərinə işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərindən, ölkə başçısının işğaldan azad edilmiş ərazilərə səfərlərindən, bu səfərlərdə çıxışlarından təəssüratlar yazmağı tapşıqmaq səmərəli olardı. Belə bir tapşırıq həm onların dünyagörüşünün artırılmasında, həm Azərbaycanımızda gedən proseslərə yaxından bələdolmada, həm də onların hadisələrə ədəbi münasibət bildirmə qabiliyyətini formalaşdırmaqda səmərəli olardı...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı