"Bayraktar" 300 mininci uçuş saatını başa vurub
Türkiyənin "Bayraktar" pilotsuz silahlı uçuş aparatı ümumilikdə 300 mininci uçuş saatını başa vurub.
Bu barədə "Baykar" şirkəti bildirib.
Bu nəticə Türkiyə istehsalı olan hava nəqliyyat vasitələri arasında rekord göstərici olub.
Qeyd edək ki, "Bayraktar" uçuş aparatları 2014-cü ildən etibarən Türkiyə Silahlı Qüvvələrinin istifadəsindədir.
Hazırda Türkiyə, Ukrayna, Qətər və Azərbaycanda 160 "Bayraktar TB2" PUA-sı fəaliyyət göstərir.