Uşaq nevroloqu Təranə Quliyeva: “Uşaqların gün rejiminə diqqət olunmalıdır”.

Uşaq nevroloqu Təranə Quliyeva: “Uşaqların gün rejiminə diqqət olunmalıdır”.

– Təranə xanım, özünüzü təqdim edin, zəhmət olmasa.

– 1997-ci ildə Tibb Universitetinin pediatriya fakültəsinə daxil omuşam. 2002-ci ildə oranı bitirmişəm. 2003-2004-cü illərdə bir neçə xarici dövlətdə nevrologiya sahəsi üzrə ixtisaslaşmışam. Artıq on ildir ki, həkim olaraq fəaliyyət göstərirəm. Bir ildir ki, “Real” hospitalda çalışıram.

– Son zamanlarda uşaqlarda aqressivlik, əsəbilik tez-tez rast gəlinən hallardır. Bunu nə ilə əlaqələndirirsiniz?

– Hər şey ana bətnində olan dövrdən başlayır. Ana hamilə olarkən müxtəlif infeksiyaların bətnə düşməsi, maddələr mübadiləsinin pozulması, ananın sosial həyatı və s. uşağın gələcəkdə formalaşmasına təsir edən amillərdəndir. Ümumiyyətlə, ananın keçirdiyi xəstəliklərin kökündə psixemosional gərginlik durur ki, bu da hormonlarda disbalans yaradır. Buna görə də hamiləlik dövründə analara qarşı diqqətli olmaq lazımdır. Doğuş zamanı beyinə oksigenin lazımınca gedib çatmaması, qan dövranını pozğunluğu və s. kimi hallar da uşağa təsir edir. Anabətnində uşağın cinsiyyəti formalaşanda, daha dəqiq desək, ruh bədənə daxil olduqda ananın keçirtdiyi hiss, həyacan, qorxu da uşağın şüuraltına yazılır. Bir sözlə, ana hamilə vaxtı hansı hisləri keçirdirsə, uşaq da o hisləri keçirdir. Uşaq xarakterlə doğulur. Bundan başqa, günümüzdə sosial nevroz yaşayırıq. Uşaqların öz həyat tərzlərini, rejimlərini özləri təyin etmələri, eləcə də valideynlərin ailədaxili problemlərinin olmasaı birbaşa uşaqların psixologiyasına təsir edir və onlarda aressivlik və digər xəstəliklərin əmələ gəlməsinə səbəb olur.

– Bəzi uşaqların hiperaktiv olmaqlarına səbəb nədir?

– Bəzən uşaqlarda bir aktivlik, ərköyunlük görəndə elə bilirlər ki, həmin uşaq hiperaktivdir. Əgər bir uşaqda impuldivlik və diqqət dağınıqlığı varsa, hərəkətlidirsə, onu hiperaktiv adlandırmaq olar.

– Ümumiyyətlə, neçə yaşından etibarən uşaqlarda bu hiperaktivlik özünü biruzə verir?

– Uşaq anadan olan kimi başlayır. Valideynlər bəzən bunu ərköyünlük kimi qəbul edirlər. Lakin uşaq anadan olduğu gündən nevroloq nəzarəti altında olmalıdır. 28 gün sonra həkimə göstərilməlidir və həkim tərəfindən dəyərləndirilməlidir ki, gələcəkdə onun hansı xəstəlikləri ola bilər.

– Bəzən uşaq nəyisə istəyəndə, ona “olmaz” sözünü demək nə dərəcədə doğrudur?

– Uç yaşına qədər olan uşaqlar onsuz da olmaz sözünü başa düşmür. “Olmaz”ı ona hansısa bir praktiki yolla izah etmək lazımdır ki, o, özü onu başa düşsün.

– Daun sindromundan danışaq…

– Daun sindromu xromosomda gedən potologiya ilə əlaqəlidir. Daha çox qohumluq nikahı zamanı yaranır. Həmin uşaqlarda İQ səviyyəsi digər uşaqlara nisbətən aşağı olur və üz-bədən cizgiləri də fərqli olur. Həmin xəstəlikdən əziyyət çəkən uşaqları hansısa bir sənətə yönləndirmək məsləhətdir.

– Bir də görürür ki, ata-ana tam fərqli xarakterə malikdir, uşaqsa tam fərqli. Bu, nə ilə əlaqədardır?

– Ata-ana vaxtını daha çox pul qazanmağa sərf edir. Uşaqla az maralanırlar. Bu zaman uşaqlar ətraf mühitdən informasilayar alırlar. Bu informasiyaların nə dərəcədə doğru oluğunu valideynlər bəzən bilə bilmirlər. Bu baxımdan, uşaqlar ətraf mühitin təsiri ilə düzgün formalaşmırlar.

– Valideynlər çox zaman uşaqların sakit olmaqları üçün onlara telefon, kompyuter və s. verirlər ki, başları qarışsın. Bu, nə dərəcədə doğrudur? Ümumiyyətlə, bir uşaq gün ərzində maksimum nə qədər texniki vasitələrdən istifadə edə bilər?

– Bu, yaşla bağlı olan bir məsələdir. Ümumiyyətlə, uşaq həddindən artıq cizgi filminə baxdıqda, oyunlar oynadıqda beyni həmin informasiyalarla dolur və artıq informasiya qəbul edə bilmir. Həmin informasiyaları hansı yöndə olduğunu valideynlər bilmirlər. Buna görə də uşaqlar mənfi məlumatlar aldıqca aqressivləşirlər. Gözlərini bir nöqtəyə saatlaıra zillədiklərinə görə onlarda baş ağrıları, gecə qorxular və s. kimi hallar baş verir. Hətta qıcolmaya qədər gətirib çıxardır.

– Son olaraq, valideynlərə nə məsləhət görürsünüz?

– Uşaqları sosial şəbəkələrdəki dezinformasiyalardan qorusunlar. Onlarla daha çox vaxt keçirtsinlər. Uşaqların gün rejimini düzgün təyin etsinlər. Xüsusilə yuxu rejiminə nəzarət etsinlər. Uşaq 22:00-da artıq yerində olmalıdır və yatmalıdır. Səhər saat səkkizdə oyanmalıdır. Bundan başqa, paketləşdirilmiş qida növlərindən uşaqları uzaq saxlasınlar. Bu qida rejimləri gələcəkdə onlarda ciddi problemlərə və xəstəliklərə yol aça bilər.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*