Sübut Əsədov: Korrupsiyaya və rüşvətə son qoyulmalıdır.

Sübut Əsədov: Korrupsiyaya və rüşvətə son qoyulmalıdır.

Azərbaycan Respublikaçılar Partiyasının sədri Diaspor.info saytına son günlər DTX-nın keçirdiyi əməliyyatlar haqqında müsahibə verib. ARP-nın sədri Sübut Əsədov DTX-nın Mədəniyyət nazirliyində keçirdiyi əməliyyatı alqışladığını deyib.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2018-ci ildə başladılmış və dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatları 2019-cu ilin sonlarına doğru daha geniş vüsət almış və 2020-ci ildə də mütəmadi şəkildə davam etdirilmişdir.
Aparılan kadr islahatlarının nəticəsində Dövlət Təhlükəsizlik Xidmətinə peşəkar şəxsin təyin edilməsi nəticəsində Yevlax şəhərinin, Ağstafa, Biləsuvar, İmişli və Neftçala rayonlarının icra başçıları cinayət məsuliyyətinə cəlb olunaraq həbs qəti imkan tədbirinin seçilməsi təmin edilmişdir.
Azərbaycan Respublikaçılar Partiyası olaraq korrupsiya və rüşvətin kökünün kəsilməsi istiqamətində iqtidarın qəbul etdiyi qərarlarları müdafiə edir və edəcəyik ki, vətəndaş məmnunluğu təmin edilsin. Hüquqları pozulmuş insanların əmlakına və mülkiyyətinə dəymiş ziyanın ödənilməsi istiqamətində zəruri addımlar atılmalıdır.
Çox təəssüflər olsun ki, 8 may 2020-ci il tarixində DTX tərəfindən Mədəniyyət Nazirliyində həyata keçirilən xüsusi əməliyyat nəticəsində nazir müavini Rafiq Bayramov və idarə rəisi Zakir Sultanov dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanuna zidd əməllərinə görə həbs edilərək məsuliyyətə cəlb edilmişlər. Teatr, kino, kitabxanaçılıq, muzey işi, nəşriyyat işi, xalçaçılıq və digər mühüm sahələrin etibar edildiyi Mədəniyyət Nazirliyində bu cür neqativ hallara yol verilməsi hiddətlə qarşılanmalı və bu işdə əli olan hər bir şəxs məsuliyyətə cəlb olunmalıdır.
Azərbaycan Respublikaçılar Partiyası olaraq hesab edirik ki, Mədəniyyət Nazirliyi və digər strukturlarda ciddi araşdırmalar aparılmalı və ictimaiyyət məlumatlandırılmalıdır.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*