Şəhidlərin xatirəsinə “Bulaq” abidə kompleksi açıldı

Şəhidlərin xatirəsinə “Bulaq” abidə kompleksi açıldı

Füzulinin Böyük Bəhmənli kəndində rayon İcra Hakimiyyətinin və kənd sakinlərinin təşəbbüsü və birgə dəstəyi ilə Birinci Qarabağ müharibəsində və Vətən Müharibəsində iştirak etmiş Böyük Bəhmənli kəndindən olan 38 nəfər şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə “Bulaq” abidə kompleksinin açılışı olub.

Açılışda rayon İcra Hakimiyyətinin başçısı, pandemiya şəraitinin tələblərinə uyğun olaraq Böyük Bəhmənli kəndinin ziyalılarından və ağsaqqallardan bir qrup və şəhid ailələri iştirak edib.

Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev “Bulaq” abidə kompleksinin önünə əklil qoyub və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhid ailələri ilə söhbət zamanı icra başçısı Alı Alıyev şəhid ailələrinin və qazilərin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident  Mehriban Əliyevanın diqqət mərkəzində olduğunu, problemlərinin həlli üçün müvafiq dövlət qurumlarına aidiyyəti tapşırıqların verildiyini onların diqqətinə çatdırıb.
O bildirib ki, vətən və millət yolunda canından keçmiş və torpaqları yağı düşməndən azad etmiş şəhidlər Azərbaycan xalqı tərəfindən heç vaxt unudulmayacaq, onların xatirəsi daim ürəklərdə yaşayacaq. Bu abidə kompleksi isə yerləşdiyi əraziyə gözəllik verməklə yanaşı, gələcək nəsillər üçün vətənpərvərlik nümunəsi olacaq.

Pandemiya şəraitinin tələblərinə uyğun olaraq şəhid ailələrini növbəli şəkildə dinləyən rayon rəhbəri onları narahat edən məsələlərin həlli üçün yerində müvafiq tapşırıqlar verib.

Şəhid ailələri də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə olkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqların bildiriblər.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*