Polad Həşimovun adı küçəyə verildi – FOTO

Polad Həşimovun adı küçəyə verildi – FOTO

Quba şəhərinin adsız küçələrindən birinə Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovunadı verilib.

Şəhid general-mayorun adını bildirən lövhə artıq həmin küçəyə  vurulub.

General-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olur.

O, Qarabağ müharibəsində döyüş zamanı şəhid olan ilk Azərbaycan generalıdır.

Polad Həşimova  Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.

Şəhid general II Fəxri Xiyabanda dəfn olunub.

 

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*