Ötən il Bakı metropoliteni 10 yeni ventilyator alıb

Ötən il Bakı metropoliteni 10 yeni ventilyator alıb

Bakı metropoliteni ötən il metro stansiyalarının havalandırma sisteminin müasirləşdirilməsi üçün bir sıra addımlar atıb.

Bu barədə mətbuata “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, Ventilyatorlar metropolitendə pandemiya dövründə ən çox müzakirə edilən mövzu olub: “Sərnişindaşıma dövründə bu qurğuların işi məhz pandemiyaya qarşı profilaktik tədbirlər çərçivəsində təmin edilərək, stansiyaların mütəmadi təmiz hava axını şəraitində olması təmin edilib və güclü ventilyatorlar dövrün tələbinə uyğun qrafiklə çalışıb. Sərnişinsiz dövrlərdə isə qatarların hərəkətindən yaranan porşen effektli hava axını olmadığından tunel və avadanlıqların geoloji mənfi təsirlərdən qorunması məqsədilə ventilyatorların işi daha fərqli qrafiklə təmin edilib. Bütün bunlarla yanaşı, metropolitendə havalandırma sisteminin yaxşılaşdırılması istiqamətində 2020-ci il xüsusilə yaddaqalan olub. Pandemiyanın məhdudiyyətlərinə rəğmən Rusiyanın “Ventprom” şirkətinin istehsalı olan 10 yeni güclü ventilyatorun və onların idarəetmə sistemlərinin ölkəyə gətirilməsi təmin edilib və onlardan 8-nin quraşdırılması başa çatdırılıb. Eyni qayda ilə, metropoliten üçün su təchizatı və müxtəlif suvurma sistemlərinin yeniləşdirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilib, onların hər biri metropolitenin daha səmərəli işinin optimallaşdırılmasına xidmət göstərib”.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*