Mingəçevirdə “Femmes Digitales” klubunun 5-ci regional İKT tədbiri keçirildi

Mingəçevirdə “Femmes Digitales” klubunun 5-ci regional İKT tədbiri keçirildi

3 noyabr 2019-cu il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi və Mingəçevir İcra Hakimiyyəti yanında İnnovasiya Agentliyinin dəstəyi ilə Mingəçevir şəhəri Heydər Əliyev Mərkəzində “Azərbaycan Qadınları İKT-də – FEMMES DIGITALES” klubunun təşkil etdiyi ənənəvi 5-ci regional tədbir keçirildi. Əsas məqsəd isə Azərbaycan qızlarını informasiya-kommunikasiya texnologiyaları sahəsinə cəlb etməkdir.

Regional İnkişaf İctimai Birliyi (RİİB), B.EST Solutions, Fominov Consulting, STEP İT Akademiya, Сybernet, MONT, Keepface, HTech Invest – Mingəçevir Yüksək Texnologiyalar Parkının Rezidenti, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Elektron Hökumətin İnkişafı Mərkəzi və Bakinity Distribution kimi şirkətlərin rəhbərləri və aparıcı mütəxəssisləri daxil olmaqla bu Klubun təsisçilərinin dəstəyi ilə regional konfrans keçirildi.

Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Mingəçevir şəhərinin və ətraf ərazilərin müxtəlif məktəblərindən 70-dən çox şagird qız iştirak etmişdir.

Birinci mərhələdə Femmes Digitales Klubunun təsisçilərindən olan mentorlar qızlar üçün təlim keçirdilər. Təlimin gedişatında startap, onun reallaşdırılmasının nə olduğunu, onun həyata keçirilməsinin mərhələlərini, bir ideyanın seçilməsini və texnologiyadan istifadə edərək bu yenilikçi fikirlərin necə həyata keçirilməsini izah etdilər. Daha sonra isə qızlar qruplara ayrılaraq öz fikirlərini, təkliflərini nümayiş etdirmişdilər. Vaxtın böyük hissəsi tədbirin iştirakçıları tərəfindən təklif olunan fikirlərin tətbiq edilməsi imkanlarının müzakirəsinə ayrılmışdır. Münsiflər heyəti təqdimatların nəticələrinə görə müsabiqənin qaliblərini müəyyənləşdirmişdir. Bu qaliblərin layihələri gələcəkdə həyata keçirilməsi baxımından qiymətləndirilmişdir. Proqramın ikinci mərhələsində mentorlar STEP IT Academy-nin dəstəyilə kodlaşdırma üzrə kurslar keçirdilər ki, bu müddət ərzində iştirakçılar proqramlaşdırma prosesi ilə əyani şəkildə tanış oldular. Bütün məktəblilərə diplomlar və yaddaqalan hədiyyələr verilib.

FEMMES DIGITALES Klubunun əsas vəzifəsi qadınların İKT sahəsindəki iştirakının artırılması, gələcəkdə karyera qurmaq üçün İKT sahəsinin populyarlaşdırılması, eləcə də Azərbaycan xanımları arasında potensial kadrların hazırlanmasından ibarətdir.

“Azərbaycan Qadınları İKT-də – FEMMES DIGITALES” Klubunun iştirakçıları bütün tədbirləri xeyriyyə əsasında və böyük həvəslə keçirirlər. Layihənin bütün iştirakçıları bölgələrdə qızların böyük potensialını,

məktəbli qızların artan marağının və müsbət rəylərinin bu layihələrdə iştirak etməsinin əsas ilham və səbəb mənbəyi olduğunu qeyd edirlər. “Azərbaycan bölgələrinə hər səfərimiz və məktəbli qızlarla görüş bizi, klubun bütün üzvləri ilə birlikdə Azərbaycanın ən ucqar guşəsindəki hər bir qızın yeniliyə imza atması üçün mümkün olan hər şeyi etməyə ruhlandırır. Onların hər biri Azərbaycanın bu günü və gələcəyi, yeniliyi və mütərəqqisidir. Onların parlayan gözləri və xoşbəxt simaları onlarla yenidən görüş üçün motivasiyadır və bizim üçün əsas hədiyyə müəllimlərdən və onların valideynlərindən gələn müsbət məktublar və rəylərdir” deyə, Femmes Digitales Club təsisçiləri.

«Femmes Digitales» haqqında:

2014-cü ildə yaranan İKT sahəsində Azərbaycan Qadınları – «FEMMES DIGITALES» klubu qeyri-kommersiya təşkilatı olub, texnologiya və İT sahəsilə maraqlanan çoxlu sayda qadınları cəlb etmək məqsədi daşıyır. AWIC “FEMMES DIGITALES” texnologiya şirkətlərində çalışan, eləcə də digər sektorlarda fəaliyyət göstərən və öz iş prosesində texnologiyadan istifadə edən qadınları təbliğ etmək üçün nəzərdə tutulmuşdur. Təşkilatın missiyası qadınların İKT sahəsində peşəkar iştirakını artırmaq , texnoloji və texniki məhsulların inkişafında iştirak etmək üçün dəstək və iş imkanlarını təmin edən biznes sektoru, hökumət, akademik və qeyri-hökumət təşkilatlarından maraqlı tərəfləri bir araya gətirməkdir. Klubun əsas fəaliyyət növlərindən biri ölkənin regionlarında məktəbli qızlar arasında İT sahəsinin təbliğindən ibarətdir. http://www.femmesdigitales.az

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*