Lotu Qulinin ölümündən sonra öğru dünyasında müharibə revanşı yenidən alovlanıb

Lotu Qulinin ölümündən sonra öğru dünyasında müharibə revanşı yenidən alovlanıb

Qanuni oğru Lotu Qulinin Antalyada qətlə yetirilməsindən sonra onun tərəfdarları dalana dirənib. Belə ki, Rusiya ,Ukrayna , Türkiyə və digər ölkələrdə yaşayan kriminal avtoritetlər arasında mövqe savaşına start verilib. Bu günlərdə Antaliya şəhərində üz-üzə gələn lotu Quli və Rövşən Lənkəranskinin tərəfdarları arasında insident yaşanıb. İnsident zamanı hər iki tərəfdən yaralanan və xəsarət alanlar olub. Gərgin qarşıdurma və mübahisələrdən sonra bir çox avtoritetlərin Quli düşərgəsini tərk etdikləri bildirilir. Meydanda təklənən bir neçə Sələfov tərəfdarları isə Antaliyanı tərk edərək İstanbuldakı düşərgələrinə sığınıblar.

Lotu Qulinin ölümündən sonra öğru dünyasında müharibə revanşı yenidən alovlanıb

Saytımıza daxil olan məlumata görə qarşudurma əsasən Rövşən Lənkaranskinin mənəvi varislərindən hesab olunan tanınmış avtoritet Zaur Masallinski (Talış) və lotu Qulinin qardaşı Namiq Sələfovun tərəfdarları arasında gedir. Sələfov qardaşlarının indiyədək oğru qanunlarına əməl etməyərək rekef və bandet kimi fəaliyyət göstərdiklərini bildirən Zaur Masallinski onların kriminal aləmdə yalnız özlərinin şəxsi maraqlarını həyata keçirtdiklərini qeyd edib. O, artıq Ukraynada, Türkiyədə,Rusiyada və digər ölkələrdə yaşayan tanınmş avtoritetlərin bir araya gələrək Sələfov qardaşlarına etimadsızlıq göstərdiklərini bəyan edib.
Etibarlı mənbədən verilən məlumata görə hazırda İstanbulda olan Talış Zaur, bu şəhərdə olan kriminal avtoritetlərlə görüşərək tezliklə oğru dünyasında haq və ədalət prinsiplərinin bərqərar ediləcəyini bildirib.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*