Külək əsəcək, yağmursuz keçəcək – Günün HAVASI

Külək əsəcək, yağmursuz keçəcək – Günün HAVASI

Noyabrın 4-ü gün ərzində, 5-i səhərədək əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin Lənkəran-Astara zonasında, Bakıda və Abşeron yarımadasında yağış yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, noyabrın 5-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.

Noyabrın 6-da ölkə ərazisində hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Səhər saatlarında bəzi yerlərdə zəif duman olacaq. Qərb küləyi üstünlük təşkil edəcək.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*