”Gündəm Xəbər”dən Prezidentə AÇIQ MƏKTUB

”Gündəm Xəbər”dən Prezidentə AÇIQ MƏKTUB

”Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Hər kəsə bəllidir ki, bu gün dünyada baş verən koronavirusun yayılmaması ilə bağlı dövlətimiz də xüsusi qabaqlayıcı tədbirlərini keçirir. Nazirlər Kabinetində və digər dövlət qurumlarında yaradılmış qərargahlar operativ fəaliyyət göstərirlər. Biz də bütün imkanlarımızdan istifadə edib, gün ərzində verilmiş rəsmi məlumatları ictimaiyyətə çatdırmağa çalışırıq. Sizin göstərişinizlə yaradılmış Kütləvi Informasiya Vasitələrinə Dəstək Fondunun (KIVDF) vasitəsilə maliyyələşən bir çox qəzet və saytların görə bilmədikləri işləri həyata keçirib, ictimai rəyə bu və ya digər formada təsir göstərə bilirik. Hətta, redaksiyamızın yerləşdiyi ”Azərbaycan” nəşriyyatı da, tədbirlər planına uyğun olaraq giriş-çıxış qapılarını bağlayıb. Biz də ”evdə qal” kompaniyasına qoşularaq, evdən onlayn vasitəsilə işimizi həyata keçirir, təbliğat-təşviqat işləri ilə məşqul oluruq. Yəni, biz də üzərimizə düşən vəzifəni məsuliyyətlə həyata keçirirməyə çalışırıq. Qeyd edək ki, bugünə kimi dövlətdən bir manat olsun belə maddi dəstək görməmişik. Hesab edirik ki, hər zaman olduğu kimi, bugünkü gündə də mövcud durumla əlaqədar dövlətçilik prinsiplərini rəhbər tutan, ədalətli fəaliyyət göstərən media qurumlarına dəstək göstərilməsi üçün, KIVDF-yə lazımı göstərişinizi verəcəksiniz. Öncədən minnətdarlığımızı bildirir və mətbuata dəstək qərarınızı gözləyirik.

Hörmətlə,
”Gündəm Xəbər” qəzeti redaksiyası”’

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*