Builki yol qəzalarında ölən və yaralananların SAYI: kişilər, qadınlar…

Builki yol qəzalarında ölən və yaralananların SAYI: kişilər, qadınlar…

2020-ci ilin yanvar-sentyabr aylarında ölkədə 1145 və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz az yol-nəqliyyat hadisəsi baş verib.

Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 12 faiz azalaraq 1527 nəfər olub:

 

“Onlardan 504-ü həlak olub, 1023-ü isə yaralanıb. Hadisələrin 41,7 faizi gündüz, 38,3 faizi gecə, 20 faizi isə toran vaxtı baş verib, 29,8 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 89,3 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində ötən ilin müvafiq dövrünə nisbətən həlak olanların sayı 1,5 faiz azalaraq 393 nəfər, yaralananların sayı 16,2 faiz azalaraq 951 nəfər olub.

Yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayı:

Göstəricinin adı 2020-ci ilin yanvar-sentyabr aylarında 2019-cu ilin yanvar-sentyabr aylarına nisbətən, faizlə
     
Bütün yol-nəqliyyat hadisələri – cəmi 1145 89,9
Məkanına görə:    
           magistral avtomobil yollarında 122 83,0
           yaşayış məntəqələrində 1023 90,8
İşıqlılıq vəziyyətinə görə:    
           gündüz vaxtı 477 81,1
           toran vaxtı 229 101,3
           gecə vaxtı 439 95,4
Yol örtüyünün vəziyyətinə görə:    
          quru yol örtüyü 1092 89,4
          digər (yaş, buz və s.) 53 101,9
Zərərçəkənlərin sayı, nəfər 1527 88,0
           həlak olanlar 504 90,5
           yaralananlar 1023 86,8

 

Rəsmi məlumata görə, bütün yol-nəqliyyat hadisələrinin 41,6 faizi nəqliyyat vasitələrinin və piyadaların, 34,1 faizi bir neçə nəqliyyat vasitəsinin, 24,3 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 81,3 faizini, yaralananların isə 75,3 faizini kişilər təşkil edib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 17 hadisə baş verib. Nəticədə 10 nəfər həlak olub, 14 nəfər yaralanıb. Hadisələrin 82,4 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*