“Biz geri dönəcəyik…” – Laçının Zabux kəndindəki silahlı erməni qadın – VİDEO

“Biz geri dönəcəyik…” – Laçının Zabux kəndindəki silahlı erməni qadın – VİDEO

Gecə saatlarından yayılmış xəbərlərdən bəlli olduğu kimi, artıq 10 Noyabr razılaşmasına əsasən mülki  işğalçı ermənilər Laçın rayonunun 50 kəndini tərk ediblər. Lakin bir neçə gündür ki, erməni mənbələrində bəhs edilən rayonun mərkəzi olan Laçın şəhəri və daha iki kəndin Ermənistanın nəzarətində qalacağı haqda iddialar səslənir. Həmin kəndlərdən  biri də Laçın-Gorus-Qafan-İrəvan yolunun üzərində, işğalçı ölkə ilə sərhəddə yaxın yerləşən Zabux kəndidir. Görəsən, hazırda hələ də ermənilərin qaldığı həmin kənddə nə baş verir?

Məlumata görə,  “Axavno” adlandırılmış Zabux kəndinin qanunsuz erməni sakinləri evlərini boşaltmaq  üçün əşyalarını toplayırlar. Muşeq Bakhuntsun sözlərinə görə, kəndin  kimin nəzarətində qalacağıyla bağlı hələ də etibarlı məlumatları yoxdur. Əşyalarını toplayan digər qeyri-qanuni sakin Sasun Bağdalqulyan kəndin Azərbaycana  veriləcəyini deyildiyini söyləyib. Eyni zamanda bildirilib ki,   azərbaycanlılarla birgə yaşamaq istəsələr, bu, onların öz iradəsidir. Bu halda evlərə toxunmamaq və sökməmək barədə xəbərdarlıq edilib.

“Heç birimiz kəndimizi, erməni elitasının etdiyi kimi, türklərə qoyub etməyəcəyik. Bu, son deyil, biz geri dönəcəyik. Biz əşyalarımızı çıxaracağıq, amma adamlarımız burada qalacaq. Bu dağın başında oturub gözləyəcəm, görüm, nə baş verir”- deyə  Zabuxdakı  çiynində avtomat silah olan erməni arvad bildirir.

Zabuxun qanunsuz “mer”i  Andranik Çavuşyan qeyd edir ki, kəndin düşmənə təslim edilib-edilməyəcəyi rəsmən elan olunmayıb. O bildirib ki, sonadək mübarizə aparacaq və Zabuxdan heç bir erməni evinin köçürülməsinə imkan verməyəcək…(Moderator)

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*