Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi (BUAK) növbəti qurultayını 2021-ci ilin may ayında Şuşa şəhərində keçirəcək.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi (BUAK) növbəti qurultayını 2021-ci ilin may ayında Şuşa şəhərində keçirəcək.

Azərbaycanın ərazilərinin işğalçılardan azad edilməsindən sonra konqresin növbədənkənar toplantısında BUAK sədri Rövşən Tağıyevin təklif ilə Ukraynanın bütün vilayət sədrləri, idarə heyətinin üzvləri növbəti qurultayın may ayında Şuşada keçirmək barədə qərar verib. Bu barədə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Baş Katibi Xəyyam Həqiqətoğlu xəbər verib.

Qurultayda Ukrayna hakimiyyət və dövlət strukturlarının nümayəndələri, Ukrayna Ali Radasının deputatları və Ukraynanın tanınmış ictimai-siyasi, mədəniyyət xadimləri, həmçinin Ukraynanın tanınmış KİV nümayəndələri iştirak edəcək .

Tədbirə Avropa Azərbaycanlıları Konqresinin liderlərinin iştirakı da nəzərdə tutulur. Artıq qurultaya hazırlıq işlərinə başlanılıb.

BUAK öz növbəsində Qarabağ qalibiyyətini Azərbaycanımıza bəxş edən Müzəffər Ali Baş Komandana, cəsur Ordumuza təşəkkürünü bildirir, bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, doğmalarına səbr diləyir.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*