Biləsuvarda YPX əməkdaşının davranışları narazılıqlar yaradır – Şikayət

Biləsuvarda YPX əməkdaşının davranışları narazılıqlar yaradır – Şikayət

Redaksiyamıza Biləsuvar rayonu Bağbanlar kənd sakini Seyfullayeva Aygül Xudaverdi qızı tərəfindən şikayət ərizəsi daxil olub. Şikayətdə qeyd olunur:

“Övladım Seyfullayev Emil Vəkil oğlu 21.11.2020-ci il tarixdə YPX-nin inspektoru Qasımzadə Sübhan Vasif oğlu tərəfindən sənədlərinə baxış keçirilməsi üçün saxlanılıb. Baxış keçirilib, sənədləri qaydasında olub, maşınımda qanunsuz heç bir avadanlıq olmayıb, belə olduqda deyib ki: otur maşına arxa skorosta at: Övladım onun dediyini edib və o oğluma deyib: Sənə 150 manat cərimə yazıram və maşını duracağa aparıram. Övladımı polis şöbəsinə aparıblar. Maşınını şöbəyə YPX-nin Samir adlı əməkdaşı duracağa aparıb. Övladım bildirib ki, mən qanunsuz cərimə ilə razı deyiləm, protokolu imzalamıram, rəislə görüşmək istəyirəm. Qasımzadə S. zor tətbiq edərək növbətçi hissəsinin içi ilə övladımı süründürərək üzündən maskasını qopardıb. “İndi mən səni rəislə görüşdürərəm.”deyib övladımı polis şöbəsinin arxa həyətinə sürüyüb, kameralardan uzaqlaşdırıb, şillə təpik ilə vura-vura nalayiq təhqirlər yağdırıb. Sonra boğazından yapışıb başını divara bir neçə dəfə çırpıb. Bu an arxa qapıdan rəisin maşını içəri daxil olurmuş. Qasımzadə S.V oğlu əlini aşağı salıb,  oğlum bundan istifadə edib, arxa qapıdan qaçıb canını qurtarıb. Evə gəlib məni polis idarəsinə apardı, məni rəisin qəbuluna buraxmadılar. Mən 102 xidmətinə müraciət etdim. Bu zəngdən sonra məni rəisin yanına bir kapitanın yanına apardılar. Kapitan Qasımzadə S.V  və Samiri otağa çağıtdırdı. Övladımı döydüyünü təhqir etdiyi azmış kimi yanımda övladımı hədələyərək : “səni indi elə vuraram əlimdə ölərsən, kimə şikayət edirsən et, mənə heç nə edə bilməzsən” dedi. Mən ”Sən bu əməlinə görə dövlətimizin qarşısında cavab verəcəksən” dedim. Ordan qalxıb 161, 961, 102 xidmətlərinə məlumat verdim, Biləsuvar rayon Prokurorluğuna müraciət etdik. İzahatı Nərmin Fətullayeva aldı və ekspertizaya göndərişlə göndərdi. Ekspertiza müayinə edib başında qematoma olduğunu , travma aldığını təsdiqlədi. Bu günə kimi prokurorluqdan heç bir cavab yoxdur. Biləsuvar Polis şöbəsinin rəisinin cavabı məni məyus etdi. İşimə yerli orqanlar baxmır. Bu azmış kimi bizə sifariş göndərib deyirlər: Maşının 55-BM-707 arxadan əzilib. Övladım döyülmə nəticəsin başından kəllə- beyin tramvası alıb, qulaqlarında küy əmələ gəlib. Sizlərdən xahiş edirəm mənə övladımın haqq və hüquqlarının bərpasında kömək edəsiniz”

Baş verənlərin Prokurorluq orqanlarında araşdırıldığı üçün əlavə şərh verməyi məqsədəuyğun hesab etmirik. Vətəndaşın şikayətini isə nöqtəsinə, vergülünə toxunmadan olduğu kimi dərc etməyimiz də məhz bununla bağlıdır. Düşünürük ki, məsələ hüququ müstəvidə həllini tapacaq.Yazıda adıçəkilən tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Araşdırma qrupu

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*