BDU-nun professorunu binaya buraxmadılar: “Hələ də özümə gələ bilmirəm”

BDU-nun professorunu binaya buraxmadılar: “Hələ də özümə gələ bilmirəm”

“2 gün əvvəl kafedradakı kömpüterimdən onlayn dərs keçmək üçün BDU-ya getdim. Adətim üzrə salam verib keçmək istəyəndə mühafizəçi şəxsiyyət vəsiqəmi göstərməyi xahiş etdi. Göstərdim”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, qocaman jurnalist Nəsir Əhmədli bildirib.

Professorun sözlərinə görə, mühafizəçi onun vəsiqəsinə baxandan sonra təəssüflə başını yelləyərək deyib:

“- Professor, bağışlayın, Sizi universitetin ərazisinə buraxa bilmərəm.

– Niyə ki?

– Yaşınız 65-dən çoxdur”.

N.Əhmədli hadisədən çox təsirləndiyini qeyd edib:

“Çox təsirləndim. 55 ildən bəri tələbə kimi, laborant kimi, müəllim kimi, baş müəllim kimi, dosent kimi, professor kimi, demək olar, hər gün fəxrlə gedib-gəldiyim müqəddəs bir ünvana məni buraxmadılar. Hələ də özümə gələ bilmirəm.

Horas Makkoyun “Yorulmuş atları güllələyirlər…” romanı yadıma düşdü…”

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*