Azərbaycan xalqı qalib Prezidenti və müzəffər Ordusu ilə fəxr edir

Azərbaycan xalqı qalib Prezidenti və müzəffər Ordusu ilə fəxr edir

Müzəffər Azərbaycan Ordusunun Hadrut qəsəbəsini, bir neçə kəndi və mühüm strateji yüksəklikləri azad etməsi münasibətilə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Prezidenti İlham Əliyevin xalqa etdiyi müraciət dövlətimizin başçısının əzmli, qətiyyətli, uzaqgörən, xalqın dərin etimad və inamını əməli xidməti ilə doğruldan qalib siyasətçi və əvəzolunmaz dövlət başçısı olduğunu bir daha sübut etdi.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva deyib.

O bildirib ki, Prezident İlham Əliyevin müdrik siyasəti və düzgün hərbi strategiyası Ermənistanın baş naziri Nikol Paşinyanın və faşist ideologiyasını seçmiş antidemokratik və qaniçən hərbi xuntadan təşkil olunmuş, tez-tez dəyişməyə məhkum olan hökumətinin sonunun sürətlə yaxınlaşdığının canlı və bariz nümunəsidir. Artıq küçədən birbaşa hakimiyyətə gələn bu yaramaz və yırtıcı cəlladların təcrübəsiz və boşboğaz liderlərinin ağ bayraq qaldırması ilə razılaşmaqdan başqa heç bir çıxış yolu yoxdur. Bu isə qədim tarixə və dövlətçilik ənənələrinə sahib olan məğrur Azərbaycan dövləti və onun qalib Prezidenti İlham Əliyevin qarşısında ağ bayraq qaldırmaqla ölkəmizə qarşı qaldırdığı əsassız iddialara və hikkələrlə danışan Paşinyanın artıq kapitulyasiya olmaq astanasından heç cürə çıxa bilməyəcəyindən xəbər verir. Eyni zamanda, Ermənistanın danışıqların aparılması üçün şərt qoymasına əbədi son qoydu. Artıq Ermənistan hökuməti qalib Azərbaycan dövlətinin tələb etdiyi ədalətli və beynəlxalq hüquqa əsaslanan şərtlər əsasında danışıqlar prosesinə getmək üçün Azərbaycanın razılığının alınmasına kömək edilməsində onu dəstəkləyən ölkələrə yalvarır və bir dövlət kimi məhv olmamaq üçün imdad istəyir, kimliyindən asılı olmayaraq gələcək varlığı üçün onların dabanını yalamağı belə özlərinə rəva bilirlər.

Bu isə danışıqlar prosesinin baza prinsipləri, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında və Prezident İlham Əliyev cənablarının tələb etdiyi kimi Ermənistanın bütün silahlı birləşmə və qoşunlarının işğal olunmuş ərazilərimizdən tam, dərhal, qeyd-şərtsiz çıxmasını təmin etməklə yanaşı, işğalçı Ermənistanın döyüş və diplomatiya meydanında tam məğlubiyyətinin yekunu kimi qiymətləndirilir.

“Nəhayət, dövlətimizin başçısının qətiyyətli siyasəti Ermənistan və onun ədalətsiz havadarlarının acı məğlubiyyəti ilə başa çataraq Azərbaycanın uzun illər çəkən bu ədalətsiz siyasi-hərbi mübarizədə qalib çıxmasına gətirib çıxardı. Qalib sərkərdə, qətiyyətli siyasətçi və dövlət başçısı İlham Əliyev cənabları status-kvonu dəyişdirməklə təmas xəttini darmadağın etdi. Haqq işində Azərbaycan xalqının birliyi, qalib Prezidentinə və qəhrəman Azərbaycan Ordusuna inamı bu tarixi qələbəni reallaşdırdı. Qarabağın Azərbaycanın ayrılmaz qəlbi, ürəyi və qürur yeri olduğunu bir daha təsdiq etdi. Bu qələbə Vətən torpaqları uğrunda bütün şəhidlərimizin nigaran ruhlarının da azad edilməsidir. Bütün Azərbaycan xalqı qalib Prezidenti və müzəffər Ordusu ilə fəxr edir”, – deyə deputat bildirib.

Google+ Linkedin

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*