Pedaqoq Şövkət Sadıqova: "Biz xidmətin ən keyfiyyətlisini təqdim edirik"

- Şövkət xanım, necə oldu ki, belə bir mərkəz yaratmaq qərarına gəldiniz?
- 18 yaşımdan işləyirəm digər çıxışda bunu vurğulamışdım. İş təcrübəm artıq uzun illərdir. Öz mərkəzim olması üçün çox çətin yollardan keçmişəm. Şükürlər olsunki, bu gün tutduğum vəzifəni layiqincə öz komandam ilə yerinə yetirirəm.
- Mərkəziniz neçə ildir fəaliyyət göstərməkdədir?
- Ümumilikdə 11 ildir kurs sistemi üzrə işləyirik, amma bu ad altında 2-ci ildir fəaliyyətdəyik.
- Mərkəzinizdə hansı xidmətlər göstərilir?
- Bütün sahələrin tədrisi var mərkəzimizdə. Kompyuter kursları, dil kursları, tibbi kurslar, mühasibatlıq, dövlət qulluğuna hazırlıq, magist hazırlığı, dərzi-modelyer kursları, rəsm kursları və s.
- Hansı yaş qrupuna aid uşaqları qəbul edirsiniz?
- Bizim mərkəzdə yaş məhdudiyyəti yoxdur ümumiyyətlə hansısa ixtisası öyrənmək üçün.
- Digər mərkəzlərdən fərqiniz nədən ibarətdir?
- Təkminləşmiş metodlar və yenilənmiş protokollar əsasında effektiv və keyfiyyətli təhsil aşılamaqdır məqsədimiz. Mənim üçün ən vacib olan məsuliyyətli, disiplinli və inkişaf yönümlü olmaqdır.
- Hansı üsullarla çalışırsız?
- Daima yeniliklərlə maraqlanır onları tələbələrə ötürməyə çalışırıq. UĞURUN AÇARI İNKİŞAFDA GİZLƏNİR. Dayanmaq bilmədən öyrənmək, güclü bir şəxsiyyətin ən önəmli özəlliyidir.!
- Sonda bu mövzu ilə əlaqədar nə demək istərdiniz?
- Biz xidmətin ən keyfiyyətlisini təqdim edirik. İnsanlarla işləməkdən böyük zövq alırıq və işimizlə qürur duyuruq. Bizi seçənlərə demək istəyirəm ki, gələcəkləri etibarlı komandanın əlindədir.
Əlaqə nömrəsi: (051) 425 45 44